PSJ rəhbərliyi ulduz futbolçusu Neymardan qurtulmaq istəyir.
Fanat.Az xəbər verir ki, bunu "Le Parisien" yazıb.
Mənbə qeyd edir ki, braziliyalı forvard özü də gəldiyi gündən tənqidlərə tuş gəldiyi üçün PSJ-dən bezib.
"Çelsi"dən təklif alan Neymar artıq gələcəyi ilə bağlı düşünməyə başlayıb. Paris klubu da bu fürsətdən faydalanmaq arzusundadır.
Qeyd edək ki, bir necə gün öncə iki klubun prezidentlərinin görüşdüyü ilə xəbərlər yayılmışdı.
Röya