Fransa millisinin hücumçusu Markus Türam karyerasının İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomeracato" yayıb.
Xəbərə görə, "Bayern Münhen", PSJ və "Mançester Yunayted" kimi Avropa nəgənglərinin də maraqlandığı oyunçu Milan "İnter"inin əsas hədəfidir. "Qara-göylər"in Mönhenqladbax "Borussiya"sı ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Türama ildə 5 milyon avro maaş təklif etdiyi bildirilib. Mənbə Markusa "İnter"in gələcək layihələri barədə də məlumat çatdırıldığını və oyunçunun Milan təmsilçisi ilə iş birliyinə isti yanaşdığını açıqlayıb.
Qeyd edək ki, bu mövsüm Bundesliqada 19 oyun keçirən Türam 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat