İspaniyanın "Atletik Bilbao" klubu baş məşqçisi Ernesto Valverde ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı La Liqa təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, 59 yaşlı ispaniyalı mütəxəssisin sözləşməsi 2024-cü ilin iyun ayına qədər uzadılıb.
Qeyd edək ki, Valverde 2022-ci ildən bu klubu çalışdırır. Hazırda "Atletik" 32 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb.
Röya