"Qalatasaray"ın Anxel Di Maria arzusu reallaşmayacaq.
Fanat.Az xəbər verir ki, argentinalı vinger İstanbul klubuna keçməkdən imtina edib.
Məlumatı insayder Fabritsio Romano yayıb. Onun sözlərinə görə, 35 yaşlı yarımmüdafiəçi hazırki klubu "Yuventus"da qalmağa üstünlük verib.
O, mövsümü İtaliyada başa vurmaq niyyətindədir. Gələcək karyerası ilə bağlı qərarını yayda verəcək.
Röya