Bu tur çempionluq uğrunda mübarizəni davam etdirən "Sabah"ın qonağı olacaq "Turan Tovuz" Masazır təmsilçisi ilə matça itkisiz çıxacaq.
Klubun sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, cəzalı oyunçusu olmayan bölgə təmsilçisinin zədəlisi də yoxdur.
Tovuz təmsilçisi bu gün səhər məşqindən sonra paytaxta yollanıb. Ayxan Abbasovun yetirmələri sabah matçın keçiriləcəyi stadionda - "Bank Respublika Arena"da məşq edəcək.
Nihat