“Qəbələ”nin üç futbolçusu Azərbaycan Premyer Liqasının XXIII turunun “Sumqayıt”la oyununda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, hücumçu Ramon Maçado və qapıçı Kristof Atanqana zədədən sonra bərpa prosesi keçir. Onlar “qırmızı-qaralar”ın sabah keçiriləcək görüş ərəfəsindəki hazırlığına qatılmayıb. Müdafiəçi Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.