"Növbəti mövsümdə də Premyer Liqanın sponsoru "Topaz" olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Azerinteltek"in İdarə Heyətinin sədri Ahmet Sezer qatılıb.
Şirkət rəhbəri Topaz Premyer Liqasına maratın artdığını bildirib: "Premyer Liqaya maraq artır. Bir çox oyunlar televiziya vasitəsilə yayımlanır. Bütün bunların müqabilində, “Topaz”da uduşlar çoxalır. Yeni mövsüm Topaz və PFL-in əməkdaşlığının üçüncü ili olacaq. Yeni ideyalar həyata keçirəcəyik. Çempionatı daha çox reklam edəcəyik. Ümid edirəm ki, Premyer Liqaya maraq daha da artacaq”.
Ahmet Sezer Premyer Liqanın lideri "Qarabağ"la da bağlı fikir bildirib: “Qarabağ” yaxşı bir mövsüm keçirir. Ümid edirik ki, Ağdam təmsilçisi avrokuboklarda uğurlu çıxış edəcək. Biz isə Premyer Liqanın sponsoru olmağa şadıq”.
"Azerinteltek"in rəhbəri "Topaz"ın pul dövriyyəsinin 180 milyon manata çatdığını deyib: "Biz pul qoyuluşlarına tək Azərbaycan yox, bütün dünya liqalarından qəbul edirik. 2010-cu ildə "Topaz" olaraq başladıq və bu ildə 41 milyon manat dövriyyə oldu. 2012-də isə bu, 100 milyon manata çıxdı. 2013-də dövriyyə 180 milyon manata çatdı. Bu pullar da ölkəyə vergi, idman nazirliyinə kömək olaraq geri dönür. Yəni biz qazancımızı Azərbaycan idmanına yönəldirik. Ölkədə 526 kontorumuz var. Bu da birgə görüdüyümüz işin nəticəsidi. Həm mətbuat, həm PFL, həm də idman camiəsilə birgə gəldiyimiz bir nöqtədi. Əvvəllər klublar tv-lərə yayım üçün pul verirdilər, biz buna son qoyduq".
Fanat.az