"Çelsi"nin yanvarda transfer etdiyi Malo Qüsto zədədən sonra bərpa müddətini keçirir.
Fanat.Az xəbər verir ki, "Olimpik Lion"dan alınan 19 yaşlı müdafiəçinin 8-10 həftə sonra yaşıl meydanlara çıxacağı gözlənilir.
Qeyd edək ki, Malo Qüsto "zadəganlar"la müddəti 2030-cu ilin yayına qədər olan müqavilə bağlayıb. Malonun cari mövsümü Fransada başa vuracağı bildirilib.
“Çelsi” bu transfer üçün Lion təmsilçisinə 30 milyon avro ödəyib. Əlavə bonuslarla “Olimpik” 35 milyon avro qazanacaq.
Röya