Türkiyədə baş verən zəlzələdən sonra itkin düşən "Hatayspor"un futbolçusu Kristian Atsunun öldüyü təsdiqlənib.
Fanat.Az xəbər verir ki, məlumatı qanalı yarımmüdafiəçinin meneceri Murat Uzunmehmet açıqlayıb.
O, bu barədə "Twitter" səhifəsində yazıb: "Kristian Aysu tapıldı və təəssüflər olsun ki, vəfat edib".
Xatırladaq ki, zəlzələ fəkakəti baş verən 6 fevral tarixindən 1-2 gün sonra Türkiyə mətbuatında Atsunun dağıntılar altından sağ çıxarıldığı və sadəcə ayağında zədə olduğu barədə xəbərlər yayılmışdı. Lakin futbolçunun meneceri Kristianın adını xəstəxana qeydiyyatında tapa bilmədikləri və ondan səs-soraq olmadığını açıqlamışdı.
Röya