Bu gün Azərbaycan Premyer Liqasının XXIII turunda "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.
Əyalət klubunun 3 futbolçusu görüşü kənardan izləyəcək.
Bu barədə Fanat.Az-a klubun meneceri Nail Kərimov məlumat verib.
"Komandada cəzalı yoxdur. Ancaq zədəlilərimiz var. Bunlar qapıçımız Kristof Atanqana və hücumçu Roman Maçado, həmçinin uzunmüddətdi zədəsi davam edən Rüfət Əhmədovdur", - deyə "Qəbələ" rəsmisi bildirib.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçı saat 15:00-da start götürəcək.
Röya