"Qarabağ"ın UEFA Konfrans Liqasının 1/16 final mərhələsində rəqibi olan "Gent" dəstək kampaniyasına başlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "camışlar" Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün ianə toplayır.
Bu gün "Ghelamco Arena"da pultoplama aksiyası təşkil edəcək. Klubun təşəbbüsü ilə bütün "Gent" tərəfdarları birlikləri, Dəstəkçilər Şurası və "Gent Fondu" pul toplamaq üçün birləşib.
Gəlir Hatay bölgəsinə yardım təşkil edən "Helping Hands Belgium"a bağışlanacaq.
Aksiya bu gün Belçika çempionatının 26-cı turu çərçivəsində "Xeverli Luven" komandası ilə keçiriləcək matçdan əvvəl təşkil olunacaq. Stadionun hər girişində və tribunalarda saat 17:30-dan 18:45-dək pul yığımı həyata keçiriləcək.
Qeyd edək ki, "Gent" - "Xeverli Luven" matçı bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Mirağa