PSJ-nin hücumçusu Kilian Mbappe komandasının Liqa-1-in 24-cü turu çərçivəsində bu gün keçirilən "Lill"lə ev oyunundan (4:3) və həmin matçın 51-ci dəqiqəsində sıradan çıxan komanda yoldaşı Neymardan danışıb.
Fanat.Az xəbər verir ki, "Sportskeeda" ulduz futbolçunun dediklərini belə çatdırıb:
"Oyun o qədər də yaxşı alınmadı. Çox səhvlər etdik, amma göstərdik ki, çətin durumlardan da çıxa bilirik.
İlk qolum? Top Neymarda olanda özümü hazırladım. Bilirəm ki, o, istənilən vaxt məni topla təmin edə bilər. Neymar komandamız üçün vacib futbolçudur. Tezliklə yaşıl meydanlara qayıdacağına ümid edirəm".
Qeyd edək ki, Mbappe bu görüşdə dubl edib. Hesabı Neymarın ötürməsi ilə açan Fransa millisinin forvardı 87-ci dəqiqədə ikinci qolunu vurub.
Nihat