Bu gün "Lester"ə qarşı çempionat oyununda (3:0) dublla yadda qalan "Mançester Yunayted"in hücumçusu Markus Raşford cari mövsüm bütün turnirlərdə vurduğu qolların sayını 24-ə çatdırıb.
Fanat.Az xəbər verir ki, DÇ-2022-dən sonra çıxdığı 17 matçda 16 qola sevinən Markus karyerasının ən məhsuldar dönəmini keçirir.
Qeyd edək ki, bu qələbə sayəsində xal hesabını 49-a çatdıran "Mançester Yunayted" İPL-in turnir cədvəlində 3-cü pillədə mövqe tutub. "Arsenal" 54 xalla liderdirsə, ikinci yerdəki "Mançester Siti"nin 52 xalı var.
Nihat