"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger İngiltərəyə qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Xəbərə görə, Rüdigerin xidmətində "Tottenhem" maraqlıdır. Hələ "Çelsi"də oynadığı dönəmdə bu futbolçunu transfer etməyə çalışan Hotspur təmsilçisinin 29 yaşlı oyunçunu heyətinə qatmaq üçün ciddi məbləğdə vəsait xərcləməyə hazır olduğu bildirilib.
Bu mövsüm "Real" forması ilə 30 rəsmi matça çıxan Rüdiger 2 qol vurub.
"Transfermarkt" portalı Almaniya millisinin üzvü olan Antonionun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Nihat