"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandasının çempionluq mübarizəsi barədə düşünmədiyini deyib.
Fanat.Az xəbər verir ki, BBC niderlandlı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Titul haqda düşünmür, çempionluq xəyalları qurmuruq. Özümüzün ən yaxşı versiyamız olmalı, bunun üçün işləməliyik.
Cümə axşamı bizi "Barselona" ilə vacib oyun gözləyir. Azarkeşlərimiz "Old Trafford"u qalaya çevirməli, biz isə mübarizə aparmalıyıq. Oyunla bağlı planlarımız düzgün olmalıdır ki, nəticə qazana bilək".
Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Barselona" - "Mançester Yunayted" matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Nihat