Premyer Liqanın 2022/2023 mövsümünün geridə qalan bölümü ərzində hakimlər tərəfindən intizamsızlığa görə cəzalandırılmış məşqçilər də az deyil.
Fanat.Az-ın araşdırmasına görə, 23 turda 11 məşqçi sarı və ya qırmızı vərəqə ilə cəzalanıb.
Ümumilikdə vərəqə sayı belədir: 17 "sarı", 5 "qırmızı". Bura kubokun vərəqələrini (4 mütəxəssis 1 "qırmızı", 3 "sarı" alıb) də əlavə etsək, kifayət qədər böyük rəqəmdir.
Sözsüz ki, ən intizamsız çalışdırıcı "Sabah"ın baş məşqçisi Murad Musayevdir. Rusiyalı mütəxəssis 23 turda 6 sarı, 2 qırmızı ilə yadda qalıb. "Turan Tovuz"la son turda (0:2) baş tutan oyunda ona bir epizoda görə iki xəbərdarlıq edilərək "qırmızı" verilib və tribunaya göndərilib. Beləliklə, o, 6 matçda hakimlərin sərt üzünü görüb.
Musayev məhz intizamsızlığı səbəbindən 2 oyunda komandasına kömək edə bilməyib. O, 6-cı turda "Qarabağ"la qarşılaşmada qırmızı vərəqə aldığı üçün növbəti oyunu texniki zonadan izləyə bilməyib, üstəlik klubunu 800 manat ziyana salıb.
Bundan başqa, Murad Musayev sarı vərəqələrin çoxluğuna görə (4 sarı vərəqə alan məşqçilər 1 oyun buraxır - red.) qış fasiləsi ərəfəsindəki son oyunda da iş başında olmayıb. Hərçənd, "Sabah" 18-ci turda "Sumqayıt"la oyunda (6:0) onun yoxluğunu hiss etdirməyib.
Qeyd edək ki, son turda texniki zonadan kənarlaşdırılan çalışdırıcının cəzası hələ açıqlanmayıb. Buna İntizam Komitəsinin həftəiçi baş tutacaq növbəti iclasında aydınlıq gələcək.
"Sabah"da təkcə baş məşqçinin hakimlərlə "ulduzu barışmır", onun köməkçiləri də xəbərdarlıqla üzləşiblər. Vitali Kovalyov çempionatda "sarı" alıbsa, Vitali Korneyev kubokda cəzaya məruz qalıb.
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov 2 dəfə vərəqə alıb ki, hər iki halda "texniki zona qaydalarını pozmaq" üstündə "ilişib". Bundan başqa, "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevlə onun köməkçisi Rasim Ramaldanovun da hesabında 2 vərəqə var.
Premyer Liqanın vərəqələri
1-ci tur
Murad Musayev ("Sabah") - sarı ("Sumqayıt"la oyun)
6-cı tur
Murad Musayev ("Sabah") - qırmızı ("Qarabağ"la oyun)
9-cu tur
Elmar Baxşıyev ("Qəbələ") - sarı ("Qarabağ"la oyun)
Rasim Ramaldanov ("Qəbələ") - sarı ("Qarabağ"la oyun)
10-cu tur
Cavid Hüseynov ("Şamaxı") - sarı ("Qəbələ" ilə oyun)
11-ci tur
Murad Musayev ("Sabah") - sarı ("Neftçi"ylə oyun)
12-ci tur
Murad Musayev ("Sabah") - sarı ("Qəbələ"ylə oyun)
Vüqar Əsgərli ("Şamaxı") - sarı ("Qarabağ"la oyun)
Ayxan Abbasov ("Turan Tovuz") - sarı ("Sumqayıt"la oyun)
13-cü tur
Samir Abasov ("Sumqayıt") - qırmızı ("Neftçi"ylə oyun)
Laurentsiu Regekampf ("Neftçi") - sarı ("Sumqayıt"la oyun)
Anar Niftəliyev ("Şamaxı") - qırmızı ("Turan Tovuz"la oyun)
14-cü tur
Aleksandr Florin ("Neftçi") - sarı ("Qəbələ"ylə oyun)
17-ci tur
Elmar Baxşıyev ("Qəbələ") - sarı ("Qarabağ"la oyun)
Murad Musayev ("Sabah") - sarı ("Kəpəz"lə oyun)
Vitali Kovalyov ("Sabah") - sarı ("Kəpəz"lə oyun)
19-cu tur
Ayxan Abbasov ("Turan Tovuz") - sarı ("Qarabağ"la oyun)
Rasim Ramaldanov ("Qəbələ") - sarı ("Kəpəz"lə oyun)
20-ci tur
Tərlan Əhmədov ("Kəpəz") - sarı ("Səbail"lə oyun)
23-cü tur
Murad Musayev ("Sabah") - 2 sarı/qırmızı ("Turan Tovuz"la oyun)
Kubokun vərəqələri
1/8 final
Cavid Hüseynov ("Şamaxı") - qırmızı ("Turan Tovuz"la oyun)
1/4 final
Murad Musayev ("Sabah") - sarı ("Səbail"lə oyun)
Vitali Korneyev ("Sabah") - sarı ("Səbail"lə oyun)
Laurentsiu Regekampf ("Neftçi") - sarı ("Zirə"ylə oyun
Mirağa