Azərbaycan Premyer Liqasının son turunda səfərdə "Sabah" üzərində 2:0 hesablı qələbə qazanan "Turan Tovuz" ölkə birinciliyi çərçivəsində növbəti matçını "Zirə"yə qarşı keçirəcək.
Qərb klubunun sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, bu gün istirahət edən komanda sabah məşqlərini bərpa edəcək.
Tovuz təmsilçisi "qartallar"la ev oyununa itki ilə çıxacaq. Belə ki, tovuzluların gürcü oyunçusu Piruzi Marakvelidze "Sabah"la görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşüb. Xəstələndiyi üçün adı Masazır təmsilçisi ilə matçın iştirak ərizəsinə son anda salınan Runi Evanın isə əskinə, "Zirə" ilə duelədək problemi geridə qoyacağı gözlənilir.
Nihat