Son 3 mövsümün çempionu “Neftçi” mövsümün sonunda heyətlə bağlı radikal islahatlara hazırlaşır. Fanat.az xəbər verir ki, komandaya az fayda verən futbolçular heyətdən uzaqlaşdırılacaq.
Saşa Stamenkoviçin əvəzləyicisi funksiyasını yerinə yetirmək üçün transfer edilən Pavel Doroşevin də gedəcəyi dəqiqdi. Məşqçilər korpusu Doroşevin ikinci qapıçı kimi komandada qalmasını istəmir. Növbəti mövsümdən Emil Balayevə güvənməyi planlaşdıram “ağ-qaralar” gənc qolkiperin “Araz Naxçıvan”dan icarədən qayıtmasını gözləyir.
Fanat.az