"Turan Tovuz"un heyətində özünü yaxşı tərəfdən göstərən Natan Oduva mövsümün sonunda iş yerini dəyişməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, İngiltərənin aşağı yaş qrupları üzrə bütün millilərində oynamış hücumçunun xidmətində "Sabah" və "Neftçi" maraqlıdır.
Hərçənd Tovuz təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatacaq Oduva daha yüksək məvacib qarşılığında bölgə təmsilçisi ilə yeni anlaşma da imzalaya bilər. Bunun üçün qərblilər "Tottenhem"in sabiq üzvünün illik 100 min manat əməkhaqqı tələbini yerinə yetirməlidir.
Qeyd edək ki, cari mövsüm 3-ü çempionat, 1-i Azərbaycan Kubokunda olmaqla "Turan Tovuz" forması ilə 4 qol vuran Natan Premyer Liqada 4 məhsuldar ötürmə ilə də yadda qalıb. Tarixi vətəni Nigeriyanın U-23 seçməsində də oynamağa imkan tapmış ön xətt oyunçusu hazırda bölgə komandasında ayda təqribən 6 min manat maaş alır.
Nihat