"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində baş tutacaq "Liverpul"la səfər matçından öncə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, İspaniya nəhənginin rəsmi saytı italiyalı çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Enfild"ə ruh yüksəkliyi ilə gəlmişik. Nəzərə almaq lazımdır ki, bu, çox mürəkkəb pley-offdur. Yalnız bu oyunda yox, həm də cavab qarşılaşmasında yaxşı çıxış etməliyik.
Bilirik ki, oyun zamanı nəfəs almaq imkanı olmayacaq. Gərgin mübarizə gedəcəyini anlayırıq və buna hazırıq. Hücum futbolu oynayacağıq, yoxsa müdafiə? Buna sabah (bu gün - red.) qərar verəcəyəm".
Nihat