Fevralın 23-26-da Almaniyada idman gimnastikası üzrə Dünya Kuboku yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycan yığmasının üzvləri də mübarizə aparacaq. Bu, idmançılarımızın 2023-cü ildə ilk beynəlxalq yarışı olacaq.
Dünya Kubokunda İvan Tixonov, Nikita Simonov, Nəzərin Teymurova və Samirə Qehramanova çıxış edəcək.