"Real Betis"in yarımmüdafiəçisi Nabil Fekir İngiltərə klublarının diqqət mərkəzindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "CalcioMercato" məlumat yayıb.
Xəbərə görə, "Arsenal", "Mançester Yunayted" və "Nyukasl" futbolçunun xidmətində maraqlıdırlar.
"Real Betis" Fekirə 30 milyon avro qiymət biçib.
Qeyd edək ki, Fransa millisinin 29 yaşlı üzvü 2019-cu ildən İspaniya klubunda çıxış edir.
Röya