İtaliyanın "Montsa" klubunun baş direktoru, məşhur futbol funksioneri Adriano Qalliani Avropa Superliqasının yaradılması ideyasını şərh edib.
Fanat.Az xəbər verir ki, o, bu barədə DAZN-a açıqlamasında belə deyib:
“Superliqa artıq mövcuddur. Bu, İngiltərə Premyer Liqasıdır”.
Qeyd edək ki, ötən ilin yazında fəaliyyətə başladığını elan edən Avropa Superliqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin UEFA-nın təzyiqindən sonra qısa zamanda "Real Madrid”, "Yuventus” və "Barselona” istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdi. Son vaxtlar ideya yenidən gündəmə gətirilib.
Mirağa