"Hatayspor"un idman direktoru Taner Savut zəlzələ fəlakəti nəticəsində həyatını itirib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, 18 fevral tarixində isə komandanın və Qana millisinin üzvü olan Kristian Atsunun öldüyü ilə bağlı açıqlama verilmişdi.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.
Röya