19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, millimiz martın 24-də və 27-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Oyunların məkanı və başlama vaxtı ilə bağlı əlavə məlumat veriləcək.