İspan yarımmüdafiəçi Stefan Bayçetiç "Liverpul"un tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda - "Real Madrid"ə qarşı matçda start "11-lik"də yer alan gənc futbolçu rekorda imza atıb.
18 yaş 122 günlüyündə ÇL matçında start heyətdə meydana çıxan Bayçetiç "Liverpul" tarixində bunu bacaran ən gənc oyunçu ünvanına sahib çıxıb.
Qeyd edək ki, "Enfild"də keçirilən görüşün start fiti Bakı vaxtı ilə 00:00-da səsləndirilib.
Nihat