Ötən il 55 milyon avroya "Mançester Siti"dən “Barselona”ya transfer olunan Ferran Torres depressiyaya düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "La Vanguardia" yayıb.
Mənbənim məlumatına görə, 22 yaşlı forvard psixoloqa getdiyini özü etiraf edib: ''Özümü dibsiz bir çuxura düşmüş kimi hiss edirəm. Mən heç vaxt bu qədər sınmamışdım. Xaviyə söz vermişdim ki, yenə əvvəlki Ferran olacağam. Buna görə özümü psixoloqa etibar etdim. Həftədə bir və ya iki dəfə onun yanına gedirəm. Ailəm də mənə kömək edir, əslində ətrafımda çox sağlam bir mühit var'.
Ötən mövsüm ilk "11-lik"də yerini təmin edən Torres bu futbol ilində arxa plana keçib. Onun müqaviləsi 2027-ci ilin iyununda başa çatır, lakin yayda onun Kataloniya nəhənginin sıralarını tərk edə biləcəyi idda olunur.
Mirağa