Azərbaycan Premyer Liqasının 24-cü turunda "Zirə"ni qəbul edəcək "Turan Tovuz" oyuna iki itki ilə çıxacaq.
Qərb klubunun sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, "Sabah"la matçda (2:0) sarı vərəqə alaraq cəzalı duruma düşən Piruzi Marakvelidze ilə yanaşı, Ehtiram Şahverdiyev də "qartallar"a qarşı oynamayacaq.
"Sabah"a qarşı da eyni səbəbədən oynamayan Ehtiram "Zirə" ilə görüşün ardından məşqlərə başlayacaq.
Nihat