Müqavilə ilə "Arsenal"a məxsus olan "Renn"in hücumçusu Folarin Baloqana İtaliya A Seriyasından elçilər var.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Xəbərə görə, 21 yaşlı ingiltərəli hücumçu "Milan", "Napoli", "İnter" və "Latsio"nun maraqlarını cəlb edib. Folarin İngiltərə klublarının da diqqət mərkəzindədir. Yayda forvard uğrunda gərgin mübarizə gedəcək.
Qeyd edək ki, Baloqan cari mövsüm Fransa çempionatında 23 oyun keçirib və 15 qola imza atıb.
Röya