"Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid"lə ilk oyununda antirekordlarla yadda qalıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə klubu ilk dəfə öz meydanında keçirdiyi avrokubok matçında 5 qol buraxıb.
Bundan başqa, mersisaydlılar Çempionlar Liqası tarixində ilk dəfə 2:0 öndə olduğu görüşdə 3 top fərqi ilə uduzub.
Qeyd edək ki, "Liverpul" dünən "Enfild"dəki matçda 14-cü dəqiqədə "Real Madrid"i 2:0 üstələsə də, sonda 2:5 hesabı ilə məğlub olub.
Mirağa