"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna mümkün dönüşündən danışıb.
Fanat.Az xəbər verir ki, jurnalist Albert Roqe onun dediklərini sosial şəbəkə hesabı üzərindən yayıb:
"Messi mənim dostumdur və biz daim əlaqədəyik. Bura onun evidir və bütün qapılar Leonun üzünə açıqdır. Hər şey onun öz seçimindən asılı olacaq. Tarixin ən yaxşı futbolçusu heç vaxt "Barselona"da kiməsə mane olmaz".
Xatırladaq ki, Messinin PSJ ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat