Bu gün Bakı Voleybol Mərkəzində qadın komandalar arasında Azərbaycan çempionatında IX turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, tura “Murov” – “Abşeron” görüşü ilə start veriləcək.
Daha sonra isə "Azərreyl" və UNEC arenaya daxil olacaq.
IX tur:
16:00. "Murov" - "Abşeron"
18:00. "Azərreyl" - UNEC
Turnir cədvəli: "Azərreyl" - 20 (set fərqi: 21-7), "Abşeron" - 15 (17-10), "Murov" - 13 (16-13), UNEC - 0 (0-24).