İtaliyanın "İnter" klubu "Ştutqart"a yunan müdafiəçi Konstantinos Mavropanos üçün transfer təklifi etsə də, rədd cavabı alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Nəşrin məlumatına görə, Almaniya təmsilçisi qış transfer pəncərəsində milanlıların 15 milyon avroluq təklifini geri çevirib. İddiaya görə, "İnter" Mavropanosu, yayda PSJ-nin futbolçusu olacaq Milan Skrinyarın ideal əvəzləyici kimi görür.
"Volfsburq" və "Atletiko Madrid" də 25 yaşlı futbolçu ilə maraqlanır.
Mavropanosun "Ştutqart"la müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Mirağa