"Barselona" Rafinyanı "Arsenal"a satmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Xəbərə görə, "topçular" hücumçu üçün 70 milyon avro təklif ediblər. Lakin Kataloniya klubunun cavabı "yox" olub.
Belə ki, "Barselona"nın məşqçilər korpusu Rafinyanın komandada qalmasını istəyirlər.
Qeyd edək ki, 26 yaşlı braziliyalı forvard 2022-ci ildən "Barselona"da çıxış edir. 20 oyunda meydana çıxan futbolçu 4 qola imza atıb.
Röya