"Bayern Münhen"in baş məşqçisi Yulian Nagelsmann Bundesliqanın son turunda Münhenqladbax "Borussiya"sına uduzduqdan (2:3) sonra hakimlər haqda xoşagəlməz fikirlər səsləndirdiyi üçün cəzalanıb.
Fanat.Az "German Sky"a istinadən xəbər verir ki, alman çalışdırıcının üzr istəməsi onu cəzadan xilas etməyib.
O, müvafiq qurum tərəfindən 50 min avro cərimələnib.
"Bayern Münhen" Almaniya çempionatının 22-ci turunda "Union Berlin"lə qarşılaşacaq. Oyun fevralın 26-da baş tutacaq. Hər iki komanda ilk "üçlük"də qərarlaşıb.
Xatırladaq ki, Yuliyan Nagelsmann "Borussiya" ilə oyundakı məğlubiyyəti 8-ci dəqiqədə aldıqları qırmızı vərəqə və komandasını azlıqda qoyan hakimin ədalətsiz qərarı ilə əlaqələndirmişdi.
Mirağa