"Everton" qapıçısı Cordan Pikfordla müqaviləni yeniləyəcək.
Fanat.Az xəbər verir ki, bunu insayder Fabritsio Romano yazıb.
Onun sözlərinə görə, klub futbolçunu heyətdə saxlamaq qərarı alıb. Bu səbəbdən yayda sözləşməsi bitəcək Cordan ilə yeni müqavilə imzalanacaq. Artıq tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, 28 yaşlı ingiltərəli qapıçı 2017-ci ildən "Everton"da çıxış edir.
Röya