İtaliyanın "Milan" klubu müqavilə ilə "Barselona"ya məxsus olan, "Leççe"də icarə əsasında çıxış edən Samuel Umtitini transfer etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciometcatoweb" yayıb.
Zədəsini sağaltdıqdan sonra inamlı çıxış edən, son 11 oyunundan 10-da meydana çıxan Umtiti performansı ilə İtaliya nəhənginin hədəfinə çevrilib.
"Milan" təcrübəli mərkəz müdafiəçisinin mövsümün sonunda "Barselona" ilə müqaviləsinə xitam verməsini gözləyir. Kataloniya klubu onunla 2026-cı ildə başa çatacaq müqaviləni ləğv etmək istəyir.
Mirağa