"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand "Liverpul"un performansını dəyərləndirib.
Fanat.Az "BT Sport"a istinadən xəbər verir ki, o, bu mövsüm hədəflərindən uzaq düşən mersisaydlılar haqda belə danışıb:
"Liverpul" hazırda keçid dönəmini yaşayır. Məhz indiki durumdan necə çıxacaqları maraq doğurur. Əsas olan da vəziyyəti müsbətə doğru dəyişmək, heyəti yeniləyərək işini görə bilməyənləri komandadan uzaqlaşdırmaqdır.
"Real Madrid"lə oyuna gəlincə, Yürgen Kloppun komandası tarixin ən yaxşı "Real"larından birinə qarşı oynadı. Bunu unutmamalıyıq. Hərçənd "Liverpul"un elementar səhvlərlə diqqət çəkdiyi də faktdır".
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real"a 2:5 hesabı ilə uduzub.
Nihat