AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda Premyer Liqanın 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz”in topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə kluba xəbərdarlıq edilib.
“Neftçi” – “Səbail” oyununda “Səbail”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilib. Oyundan əvvəl meydançanın vaxtında sulanmamasına görə meydan sahibi kluba xəbərdarlıq edilib.
“Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilib. “Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klubu 1600 manat cərimə edilib.