19:03 23.02.2023 255

AFFA iki komandanı yarışdan kənarlaşdırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

AFFA Region Liqasında keçirilməli olan “Ağstafa” – “Marxal” (Şəki) qarşılaşması “Marxal”ın oyuna vaxtında gəlməməsi səbəbindən keçirilməyib. Buna görə “Marxal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasında keçirilməli olan “Ağsu Siti” – “Araz” (Saatlı) qarşılaşması “Ağsu Siti”nin oyuna vaxtında gəlməməsi səbəbindən keçirilməyib. Buna görə “Ağsu Siti”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə “Ağsu Siti” yarışlardan kənarlaşdırılıb.

Region Liqasında keçirilən “Xəzər Lənkəran 42” – “Zəfər 44” oyununda “Zəfər 44” komandasının futbolçusu Ruslan Tağızadə qarşılaşmanın 71-ci dəqiqəsində təhqiramiz ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, oyundan sonra hakimlər briqadasına fiziki təzyiq göstərdiyinə görə 10 oyun cəzalandırılıb.

Region Liqasında keçirilən “Lokomotiv” – “İrəvan” oyununda “Lokomotiv”in heyətində protokolda adı qeyd edilməyən oyunçu aşkarlandığına görə “Lokomotiv”ə 0:3 hesablı məğlubiyyət verilib.

U-17 Liqasında keçirilən “Sabah” – “Zirə” oyununda “Sabah”ın futbolçusu Riyad Süleymanov rəqibi yumruqla vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Zirə”nin futbolçusu İslam Əhmədov rəqibi yumruqla vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilən EFA - “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Roman Şərifov təhqiredici ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən “Səbail” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Fuad Həziyev rəqib texniki zonaya və azarkeşlərə tərəf jest etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilməli olan “Ulduz” (Mingəçevir) – “Qax 1967” qarşılaşması “Qax 1967” komandasının təyin olunan vaxtda oyuna gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qax 1967” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-13 Liqasında keçirilməli olan “Dortmund Bakı” – “Baku Sportinq” qarşılaşması “Dortmund Bakı” komandasının oyunun protokolunu göndərməməsi səbəbindən baş tutmayıb. Buna görə komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

AFFA U-11 Liqasında keçirilməli olan “Kavkaz” - “Quba OİK” qarşılaşması “Quba OİK” komandasının təyin olunan vaxtda oyuna gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Quba OİK” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında keçirilməli olan UGİM (Şabran) - “Metak” qarşılaşması UGİM komandasının heyətində yetərsay olmadığı üçün oyun baş tutmayıb. Buna görə UGİM (Şabran) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilən “Azart” – “Şuşa 58” oyunu bitdikdən sonra “Azart”ın baş məşqçisi Səxavət Ağazadə hakimi vurmağa cəhd göstərdiyinə görə 5 oyun cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan 8№-li İOEUGİM - İCBFA qarşılaşması baş tutmayıb. Buna görə 8№-li İOEUGİM klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə 8№-li İOEUGİM komandası yarışlardan kənarlaşdırılırıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

İspaniya La Liqası: "Barselona" derbidə qələbə qazanaraq 28-ciçempionluğuna <

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X