Bu gün Azərbaycan Premyer Liqasında XXIV tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Artıq "Turan Tovuz" doğma meydanda "Zirə"ni sınağa çəkib. Ötən tur səfərdə "Sabah"a qalib gəlməklə turnir mövqeyini yaxşılaşdıran Ayxan Abbasovun komandası bu dəfə digər paytaxt təmsilçisi ilə bacarmayıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" səfərdə inamlı qələbə qazanıblar. Beləliklə, "qərb təmsilçisi" 4-cü pillədə qərarlaşan "Zirə" ilə xal fərqini 3-ə endirmək şansını qaçırıb.
Günün son oyununda isə 31 xalla 5-ci sırada olan "Qəbələ" "ASCO Arena"da aşkar autsayder "Səbail"in qonağı olub. Şahin Diniyevin komandası sonuncu pillədən qurtulmaq üçün mütləq "qırmızı-qaralar"ı xalsız qoymalı idi.
Komandaların bunadək öz aralarında baş tutan 21 duelində əyalət təmsilçisi 11, bakılılar 5 qələbə qazanmışdılar. 5 matçda qalib müəyyənləşməmişdi. "Qırmızı-qaralar"ın 37 qoluna "dənizçilər" 21 topla cavab vermişdilər. Dörd qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, turun "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" oyunları fevralın 25-də, "Qarabağ" - "Neftçi" görüşü isə fevralın 27-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXIV tur
24 fevral
14:00. "Turan Tovuz" - "Zirə" 0:2
Qollar: Moiz Adileu, 27, Hamidu Keyta, 29
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 96. Donald Gerye, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 17. Toni Qomes
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov
VAR: Vüqar Həsənli
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu.
19:00. "Səbail" - "Qəbələ" 2:2
Qol: Mirabdulla Abbasov, 51. Matiya Lyuyiç, 56 - Ramon Maçado, 20; 70.
Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 9. Mirabdulla Abbasov, 22. Samir Abdullayev, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 30. Franko Mazurek, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena".