Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimovanın çıxış etdiyi "Vaşaş" klubu Macarıstan kubokunun finalındakı rəqibini tanıyıb.
Fanat.Az xəbər verir ki, son ölkə çempionu həlledici görüşdə “Bekeşçaba” ilə qarşılaşacaq.
Komandalar Macarıstan çempionatının 13-cü turunda üz-üzə gəlib. Matç “Bekeşçaba”nın qələbəsu ilə bitib - 3:0.
Buna baxmayaraq "Vaşaş" bir oyun az keçirən sözügedən klubu beş xal qabaqlayaraq lider mövqeyində qərarlaşıb.
Qeyd edək ki, “Vaşaş” həm də ölkə kubokunun hazırkı sahibidir.