"Barselona" yay transfer pəncərəsində böyük miqyasda futbolçu satışını planlaşdırıb.
Fanat.Az xəbər verir ki, bu iddianı "El Nacional" yayıb.
Bununla da rəhbərlik maaş büdcəsini 200 milyon avroya qədər azaltmağı düşünür.
Mənbənin məlumatına görə, İspaniya nəhənginin sıralarını yalnız komandanın baş məşqçisi Xavi Hernandesin adını çəkdiyi 6 futbolçu tərk edə bilməz. Toxunulmazlar siyahısına Robert Levandovski, Ronald Arauxo, Pedri, Qavi, Jül Kunde və Andreas Kristensen daxildir.
İspaniya çempionatının 22 turundan sonra "Barselona" ən yaxın izləyicisi "Real Madrid"i səkkiz xal qabaqlayaraq birinci yerdə qərarlaşsa da, komanda ÇL və AL-dən kənarda qalıb.
Mirağa