15:38 24.02.2023 2963

"Qarabağ" niyə uduzdu? - Aslan Kərimov şərh etdi

Ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" Belçikanın "Gent" klubu ilə qarşılaşıb. Bakıda keçirilən görüşdə Ağdam təmsilçisi, Belçikadakı görüşdə isə rəqib 1:0 hesabı ilə qalib gəlib. Penaltilər seriyasında üstün olan "Gent" növbəti mərhələyə adlayan tərəf olub. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın çıxışını dəyərləndirib:

"Üzücü oyun oldu. Məğlubiyyətə səbəb olan bir neçə amil var. Bir neçə həlledici məqam var ki, hər biri ayrı-ayrılıqda məğlubiyyətə təsir edib. 

İlk məsələ zədələr idi. Mərkəzdə Marko Yankoviçin olmaması, üstəlik Qara Qarayevin də xəstələnməsi bir təsirdir. Sözün düzü, Qaranın yerinə Riçard Almeydanı görəndə təəccübləndim. Fikirləşdim ki, meydana niyə Qaranı yox, Riçard buraxılıb. Adətən Riçard oyun qurucusudur. Biz isə "Gent"lə oyunda daha çox müdafiə olunmalıydıq. 

Daha sonra televiziyadan eşitdim ki, Qaranın qızdırması olub deyə oyunu buraxıb. Bundan sonra ediləcək bir yol yox idi. Məğlubiyyətə səbəblərdən biri budur.

İkinci səbəb odur ki, rəqibin hücumlarına qarşı müdafiəmiz hazır deyildi. Öndə sıxmaq istəyirdik. Amma rəqib bizim cinahları rahatlıqla yara bildi. Cinahlari bağlaya bilmədik. Bir tərəfdə Abdulla Zubir, digər tərəfdə Ramil Şeydayev idi və hər ikisi gecikirdilər. Mərkəzdəki müdafiəçi və yarımmüdafiəçilər cinahları sığortalaya bilmirdilər. Rəqib cinahlarımızı yardığı üçün komanda yavaş-yavaş geri çəkilirdi. Belə olan halda isə rəqib üstünlüyü ələ keçirirdi.

Üçüncü səbəb bizim topa nəzarət edə bilməməyimiz oldu. Oyunçular bir-birilərini yaxşı başa düşmürdülər. Hələ ki, lazım olan ustalıq səviyyəsinə gəlib çatmayıblar. Qış fasiləsindən əvvəl komanda tam formalaşmışdı, bir-birilərini yaxşı tanıyırdılar. Düzdür, o heyətdən sadəcə iki futbolçu çıxıb. Amma onlar həlledici oyunçular idilər. Gələnlər isə onları əvəz edə bilmədilər. 

Bütün bu səbəblərə baxmayaraq oyunu udmaq mümkün idi. Hücumda biraz dişsiz olmağımız təsir etdi. Belə görüşlərdə qol vurmaq lazımdır. Amma standart vəziyyətlər istinasna olmaqla bizim 100 faizli qol imkanımız olmadı. Bunun isə səbəbini bilmirəm. Kənardan baxıb fikir bildirmək asanddır, amma yenə də istənilən halda taktiki gedişlərimiz var. Rəqib "5"li oynayırdı və bizim necə hücum edəcəyimizi açıq-aşkar bilirdilər. Ən təhlükəli yerlərimiz cinahlar idi. Ramil Şeydayev boşluq olduğu hallardan çox yaxşı istifadə edərdi, Zubir isə təkbətək qaldığı halda rəqibi geridə qoya bilirdi. Bu oyunda Zubiri cinahda rəqiblə təkbətək görə bilmədim. Cəmi bir epizodda keçdi, onda da ötürmə zəif alındı. Digər epizodlarda artıq 2-3 nəfər vəziyyəti sığortalayırdı. Zubir nəsə etmək istəyəndə isə alınmırdı və geri qayıdıb Elvin Cəfərquliyevə pas verirdi. Rəqib sözün əsl mənasında cinahları bağlamışdı. 

Mərkəzdən də yaxşı istifadə edə bilmədik. Bir-birini başa düşmək saniyə içində baş verən haldır. Belə anlarda oyunçular bir-birilərini gərək baxışla anlasınlar. Çünki belə anda sözlə çatdırmaq olmur. Məsələn, bu anlayış yox idi. Zaman-zaman olurdu. Ama belə mötəbər oyunda zaman-zaman olması kifayət etmir.

Bu matçda qalib gələcəyimizə əmin idim. Amma "Gent" sözü əsl mənasında məni təəccübləndirdi. Məğlubiyyətin digər səbəblərindən biri də rəqibin baş məşqçisinin doğru strategiya qurması idi. Komandasına baxsaq, "Gent" bəzən elə səhvlər edirdi ki, deyirsən Belçika çempionatının komandasıdır budur? Durduq yerdə top rəqibə keçirdi, 14-15 yaşlı uşaqların səhvini edirdilər. Amma bəzən də elə oyun nümayiş etdirirdilər ki, "Qarabağ"ın oyunçularını 3 pasa geridə qoyurdular. Müdafiə xətti məcbur qalıb geriyə çəkilirdi ki, komanda yoldaşlarının dəstəyi gəlib çatsın. Oyunun əvvəlində "Gent" daha çox səhvlər etdi. Amma sonra səhvləri minimuma endirib üstünlüyü ələ keçirdilər. İkinci hissədə "Qarabağ"ı qapısına sıxışdırıb qol vurdular. Penalti 50-50-ə olan şeydir. Uşaq futbolçular penaltiyə hazır idilər. Hər biri də əla penalti vurdu. Mandrajda olaraq vurulan penalti deyildi. Sadəcə olaraq rəqibin qapıçısı komandasını xilas elədi, amma bizim qapıçı xilas edə bilmədi. 

Bu görüş "Qarabağ"ın avrokuboklarda gördüyüm ən zəif oyunlarından biri idi. Düzdür, nəsə etməyə çalışırdıq, amma qol imkanları yarada bilmədik. "Qarabağ"ın fəlsəfəsi topa sahib olmaqdır. Əgər bu göstərici 45-55-dirsə, demək sən istədiyinin 50 faizini yerinə yetirə bilmirsən. Hər halda bu səhvləri düzəltməyə çalışacaqlar. Ondan sonra işlərini yaxşılaşdıra bilərlər".

Röya 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X