İngiltərə millisinin qapıçısı Cordan Pikford "Everton" ilə müqaviləni uzadıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiper Liverpulda qalacaq.
2017-ci ildə 28 milyon avroya "Sanderlend"dən "Everton"a keçən Pikfordla 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Komanda İngiltərə Premyer Liqasından aşağı düşərsə, müqavilədə sərbəst buraxılma maddəsi yoxdur.
Pikford bu mövsüm bütün turnirlərdə “Everton”un heyətində 23 oyuna çıxıb və 30 qol buraxıb.
Mirağa