Beynəlxalq Bodibildinq Federasiyası Azərbaycan komandasının da iştirak edəcəyi dünya çempionatının keçiriləcəyi şəhərlə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, yarış noyabrın 1-5-də Santa Susannada (İspaniya) keçiriləcək.
Bu il həmçinin Avropa çempionatı da sözügedən şəhərdə baş tutacaq.
Qeyd edək ki, son illərdə Santa Susanna ardıcıl olaraq hər iki yarışa ev sahibliyi edir. Ötən il yığmamız dünya çempionatında bir gümüş və bir bürünc medal qazanıb.