PSJ Moskva "Zenit"inin futbolçusunu bəyənib.
Fanat.Az xəbər verir ki, fransızlar Rusiya klubunda çıxış edən Malkomu gözaltı ediblər.
Məlumatı "Téléfoot" yayıb. Xəbərə görə, braziliyalı futbolçu özü də klub rəhbərliyinə ayrılmaq istədiyini bəyan edib.
Ancaq Malkoma PSJ-dən hələ də rəsmi təklif göndərilməyib.
Qeyd edək ki, 25 yaşlı hücumçu "Zenit"ə 2019-cu ildə "Barselona"dan transfer olunub.
Röya