"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone La Liqanın 23-cü turu çərçivəsində keçirilən matçda - "Real Madrid"lə oyunda (1:1) rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Dieqo buna baş məşqçisi olduğu komandanı La Liqada 425-ci dəfə matça çıxararaq nail olub.
Argentinalı mütəxəssis "Real"ın sabiq çalışdırıcısı Miqel Munosun (424) rekordunu yeniləyib.
Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nun baş məşqçisidir.
Nihat