"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"nun gənc hücumçusu Alvaro Rodrigesdən danışıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis La Liqanın 23-cü turuna təsadüf edən matçda - "Atletiko Madrid"lə derbi oyunda (1:1) "Real"ın yeganə qolunu vuran 18 yaşlı forvarda etimad göstərəcəyini açıqlayıb:
"Alvaro gələn mövsümdən əsas komandada olacaq. Onun keyfiyyətləri çox az sayda futbolçuda var. Rodrigesin boyu əsas üstünlüklərindən biridirsə, topla yaxşı rəftar etməsi də vurğulanmalıdır. Başla rəqib qapısını yaxşı nişan almaq bacarığı işə yarayır. Hə, mövsüm həm əsas, həm də əvəzedici komandada olub".
Nihat