"Çelsi"nin baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının 25-ci turunda "Tottenhem"dən aldıqları 0:2 hesablı məğlubiyyəti şərh edib və bərbad nəticələr üzündən istefaya göndərilə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Football.London" onun dediklərini belə çatdırıb:
"Çox dəhşətli dönəmdir. Mən indi uşaqları dəstəkləməli, komandaya kömək etməyə çalışmalıyam. Uşaqlar daha artığına nail olmaq istəyir. Baş verənlərə görə mən məsuliyyət daşıyıram...
İstefa? Belə sualların mənasını yaxşı anlayıram. Nəticələr olduğu kimidir və mən istefa məsələsinin gündəmə gəlməsinin səbəbini anlayıram. Bu, tam normal haldır. Hələ klubda mənə inanmaları üçün nəsə edə bilmədiyimin də fərqindəyəm...
"Liverpul"da da oxşar durumdur. Bəziləri Yürgen Kloppun getməsini istəyirlər. Yəni bütün bunlar futbolun bir parçasıdır...
Ancaq unutmayaq ki, Mikel Artetanın da qovulmasını istəyirdilər. İnsanlar onun komandada saxlanılmasını dəlilik hesab edirdilər. Ancaq zamanla "Arsenal"da vəziyyətin necə dəyişdiyini gördük... "
Nihat